"Əlincə" şəhidlərimizi yad etdi və ordumuza dəstək oldu

Bu gün "Əlincə" U-16 komandası U-16 Liqasında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görəöz meydanında AZAL-ı qəbul edən "Əlincə" şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq meydançaya üzərində şəhidlərimizin adları yazılan qara köynəklər və "Şəhidlərin qəbri qəlbimizdədir" pankartı ilə çıxıb.

Arenada Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və bundan sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub.

Rəqibinə 6-0 hesabı ilə qalib gələn "Əlincə"nin bütün futbolçuları ilk qoldan sonra ordumuza dəstək əlaməti olaraq əsgər salamı veriblər.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right