Millimiz dünya reytinqdə 22 pillə gerilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Newsport.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan millisi 22 pillə geriləyib.

Ötən ay Antalyada keçirilən Qazaxıstanla yoxlama matçında 0:1 hesabı ilə uduzan millimiz 269 xalla 134-cü pillədə qərarlaşıb.

Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 5-ci (-1), Çexiya 29-cu (-5) , Şimali İrlandiya 26-cı (2), Norveç 49-cu (2) və San-Marino isə 200 (-2) pillədə qərarlaşıb.

Siyahının ilk pilləsində dəyişiklik olub.  Argentina millisi ilk pilləyə yüksəlib. Belçika ikinci, Çili isə üçüncü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right