"Qəbələ" şəhidin dəfnində: "Dişə-diş, qana-qan, ermənidən intiqam” FOTO

Azərbaycan ordusunun şəhid zabiti, 1992-ci il təvəllüdlü leytenant Şirinov Sahil Həsrət oğlu aprelin 6-da doğulduğu Qəbələ rayonunun Bum qəsəbəsində dəfn edilib. 

Newsport.az-ın məlumatına görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi, "Qəbələ” İdman Klubunun rəhbərlik, məşqçi, futbolçu heyəti, atıcılıq klubu və minlərlə rayon sakini ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.


İzdiham yol boyu "Şəhidlər ölməz, Vətən bölünməz!”, "Dişə-diş, qana-qan, ermənidən intiqam”, "Ən böyük əsgər, bizim əsgər” kimi şüarlar səsləndirib. Şəhid zabit yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.

 

Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid leytenant Sahil Şirinov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunu olub. Sahil Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış. Mərasimdə Zaman Şirinov şəhid qardaşı Sahil ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right