"Xəzər Lənkəran" "Boyük oyun" üçün hazırlığa başladı

Premyer liqanın 29-cu turu çərçivəsində futbol ictimaiyyəti cari mövsümün son “Böyuk oyun”una şahidlik edəcək.

Newsport.az-ın məlumatına görə, "Xəzər Lənkəran" iki günlük fasilədən sonra ötən gün Lənkərandakı bazasında toplaşaraq məşqlərə start verib.

Ötən gün üçün nəzərdə tutulan iki məşqdən biri səhər saatlarında baş tutub. Yardımçı meydançada əsasən fiziki təmrinləri yerinə yetirən futbolçular daha sonra qapıya zərbələr üzərində çalışıb. Hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdur. Zədəli olduğu üçün son turda meydana çıxmayan Vaquf Güləliyev də sıraya qayıdıb.
Komanda tam tərkibdə məqşlərini davam etdirir.

Xatırladaq ki, “XəzərLənkəran” - “Neftçi” oyunu aprelin 10-da Lənkəranda baş tutacaq və saat 16:30-da start götürəcək. (klub saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right