Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını layiqincə alarkən şəhidlik zirvəsinə yüksələn igid Azərbaycan oğulları ölkəmizin hər bir bölgəsində anılır.
Newsport.az-ın verdiyi məlumata görə,bugün isə futbol klublarımızın azarkeşləri şəhidlərimiz və cəbhəyə dəstək üçün bir araya gəldilər.
Metronun Elmlər Akademiyası stansiyası önündə toplaşan futbol klublarımızın azarkeşləri birlik nümayiş etdirib, müxtəlif şüarlarla orduya dəstək olduqlarını göstərdilər. Daha sonra minlərlə insan Şəhidlər Xiyabanına yollandı. 2 saata yaxın davam edən tədbir zamanı çox sayda insan azarkeşlərə qoşuldu.