Kamran Ağayev 2 həftə sonra məşqlərə başalayacaq.
Newsport.az saytının məlumatına görə,Azərbaycan Premyer Liqasının XXVIII turunda "Qəbələ” ilə səfər matçında zədə alan "İnter”inin qolkiperinin ayağı gipsə qoyulub.
Əldə etdiyimiz məlumata görə, Ağayev 2 həftə sonra yüngül məşqlərə başalayacaq. Milli komandamızın qolkiperi 1 ay sonra komandasına kömək edə biləcək.
Qeyd edək ki, Kamran Ağayev böyük ehtimalla qarşıdakı 4 turda komandasına kömək edə bilmyəcək.