AZAL-ın futbolçusu Taqim Novruzovun zədəli olmasından xəbərdarsınız. Diz bağlarındakı zədəyə görə mövsümü bitirən futbolçu yaxın günlərdə əməliyyat olunacaq.
Newsport.az saytının məlumatına görə, Novruzov bu gün və ya sabah Türkiyəyə yollanacaq. O, yaxın günlərdə Ankarada yerləşən "Acıbadem” klinikasında əməliyyat olunacaq.
Qeyd edək ki, Novruzov yeni mövsümdən etibarən komandasına kömək edə biləcək.