Azərbaycan ordusunun şəhid olan zabiti, polkovnik-leytenant Raquf Orucov bu gün torpağa tapşırılıb.
Newsport.az-ın məlumatına görə, Sumqayıtda baş tutan vida mərasiminə yüzlərlə şəxs qatılıb.
Onların sırasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov və komandanın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da iştirak edib.
Qeyd edək ki, Ağdamda yerləşən hərbi hissənin keçmiş komandiri olan Raqub Orucov Tərtər istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Gəncə şəhərində hərbi hospitala yerləşdirilsə də, orada dünyasını dəyişib.