Hacı Əhmədov: Kəpəzin yol verdiyi səhvlərdən yaxşı yararlandıq

AZAL-ın yarımmüdafiəçisi Hacı Əhmədov bəyan edib ki, komandasında maaşların az olması ilə bağlı səsləndirilən fikirlərə heç bir önəm vermir.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Bizim oyunçuların nə qədər aldığı barədə tez-tez xəbərlər, açıqlamalar eşidirəm. Amma bu cür söhbətlərə fikir vermirəm. Bizə güclü komanda kimi yanaşmırlar. Lakin biz öz gücümüzü göstərməyə çalışırıq. "Kəpəz"lə matçda da öz gücümüzü göstərdik, öz oyunumuzu oynadıq və qələbə qazandıq (3:0). Rəqibin səhvlərindən yaxşı yararlandıq. Hesab 2:0 olarkən matçın elə də bitəcəyini düşünürdüm. Amma sonra daha bir top vurmağa nail olduq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right