"Futboldan vacib Qarabağda olan son hadisələrdi" - Qurbanov

"Düşünürəm ki,bizim hər birimiz üçün futboldan vacib Qarabağda olan son hadisələrdi. Bir tərəfdən sevindiricidir ki, işğal altında olan torpağlarımızdan bir qismini azad etmişik,digər tərəfdən üzülür ki, torpağlarımız uğrunda şəhidlərimiz var. Allah hər birinə rəhmət eləsin. Mən hər bir şəhidin valdeynlərinə baş sağlığı verirəm və ümid edirəm ki, tezliklə işğal atında olan torpağlarımız azad olar".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Premyer Liqanın XXVIII turu çərçivəsində qonağ meydanında “Xəzər Lənkəran”la qarşılaşan ağdamlılar matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.

Oyundan sonra matçla bağlı fikirlərini bildirən çalışdırıcı bunları deyib:"Üç xal qazansaq da oyun barədə heçnə deyə bilmərəm. Çünki bu meydanda hər hansı bir oyun qurmaq həqiqətən çətin idi. Komandanın qarşısına qoyulan vəzifə hər oyun oyunu daha da yaxşılaşdırmaq idi. Amma bu cür meydanda futbolçulardan daha da artığını tələb edə bilməzdim. Ancaq sona kimi mübarizə apardılar və 3 xalı qazandıq. Çox istəyli bir komandaya qarşı oynayırdıq. Özünüz də bunun şahidi oldunuz. Məğlubiyyətə baxmayaraq rəqib mübarizəsiniz apardı. Elbrus müəllimə və "Xəzər Lənkəran"a uğurlar arzu edirəm".

- Almeydanın zədəsi nə dərəcədə ciddidir?

- Ayağında biraz əzik var. Düşünürəm ki, ciddi zədə deyil. Sabah günün ikinci yarısı müayinədən sonra, onun zədəsinin ağır olub-olmaması bilinəcək.

- Birinci hissədə "Qarabağ" öz oyununu tapa bilmirdi. Bu rəqibi ciddiyə almaması ilə bağlı idi?

- Birinci hissədə futbolçular istədiyini edə bilmirdi. Buna meydan mane olurdu. Bu səbəbdən də istər-istəməz futbolçular motivasiyadan düşürdü. İkinci hissədə Reynaldo, Samuel və Qaranın meydana çıxmasından sonra top daha çox bizdə qalmağa başladı və komanda aktivləşdi. Rəqibdə də ikinci hissənin sonlarında yorğunluq hiss olunurdu.

- Artığ ən yaxın izləyiciniz "Zirə"dən 10 xal öndəsiniz. Komandanı bundan sonra oyunlara motivasiya etmək nə dərəcədə çətin olacaq? Yəni ki, bütün komandaları məğlub edirsiniz deyə, bu çempionatın sizin üçün marağı qalmayıb?

- Əksinə biz nə qədər qələbə qazansaq bizim üçün daha yaxşıdı.Çünki 10 xal fərqi o,qədərdə çox deyil. Biz bu gün burda xal itirə , hətda məğlub ola bilərdik.Ona görədə hər oyuna qələbə qazamaq üçün çıxırıq. Qarşıda bizi daha çətin oyunlar gözləyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right