"Kəpəz” ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisinin əsas yarımmüdafiəçisi Budaq Nəsirov AZAL-la qarşılaşmadan öncə baş tutan məşqlərin birində zədələnib. Cəzalı durumda olduğu üçün AZAL-la qarşılaşmanı buraxan Nəsirov "Qarabağ”la qarşılaşmanı da buraxa bilər.
Belə ki, belindəki ağrıalara görə MRT müayinəsindən keçən futbolçu gündə 2 dəfə fizioteraspiya kurslarında iştirk edir. Onun "Qarabağ”la qarşılaşmada iştirak edəcəyi real görünmür.
Qeyd edək ki, "Qarabağ” - "Kəpəz” oyunu aprelin 8-də baş tutacaq.