Kamran Ağayevin durumu bəlli oldu

Azərbaycan milli komandasının və "İnter”in qapıçısı Kamran Ağayevin Azərbaycan Premyer Liqasının XXVIII turunda "Qəbələ” ilə səfər oyununda zədələnməsindən xəbərdarsınız.  

Newsport.az-ın məlumatına görə,ötən gün baş tutan oyunda ayağından zədə alan və xəstəxanaya yerləşdirilən əlcək sahibinin son durumu bəlli olub. Belə ki, milli komandamızın qapıçısı bu saatlarda MRT müayinəsindən keçib. 
Əldə etdiyimiz məlumata görə, Ağayevin ayağına gips qoyulub. Həkimlərin rəyinə əsasən təcrübəli əlcək sahibi qarşıdakı 4 turda komandasına kömək edə bilməyəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right