Futbolçularımızın Latviyada ilk qələbə sevinci

Latviya çempionatında 3-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular - Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun komandası - "Dauqava" da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Riqa futbol məktəbi" komandası ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 1:0. Hansı ki, bu, "Dauqava"nın yeni mövsümdə ilk qələbəsidir.

Bu oyunda ilk dəfə hər iki futbolçumuz start heyətdə meydana çıxıb. Mirabdulla matçı əvəzedilmədən başa vurub. Orxan isə 89-cu dəqiqəqə sarı vərəqə alıb, bir dəqiqə sonra da əvəzlənib.

Qeyd edək ki, üç turdan sonra 3 xala malik olan "Dauqava" 8 klub arasında beşinci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right