Elnur Məmmədov: Müsahibə verməyən futbolçularımız cəzalanacaq

"Neftçi"nin icraçı direktoru Elnur Məmmədov bəyan edib ki, mətbuatla ünsiyyətdən boyun qaçıran futbolçular klub tərəfindən cərimə olunacaq.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Futbolçulara söyləmişik ki, onlar bundan sonra jurnalistlərə müsahibə verməkdən boyun qaçırmamalıdırlar. Bu, onların işinin bir hissəsidir. Bu, klub kodeksində də yer alır. Buna baxmayaraq, kimsə həmin kodeksi pozsa, buna görə cəzalanacaq. Cəza pul cəriməsi olaraq tutulacaq. Komanda qələbə qazandı və ya uduzdu, fərq etmir, onlar müsahibə verməlidirlər. Bu, sonuncu belə haldır".

Qeyd edək ki,Neftçi futbolçuları son zamanlar mətbuatla ünsiyyətdən boyun qaçırır.Bu məsələ ilə bağlı saytımızda yazı da getmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right