"Mən siyasətdən danışmaq istəmirəm" - Svanadze

Azərbaycan Premyer Liqasının 28-ci turunda baş tutan "Qəbələ" "İnter" matçı sülhlə yekunlaşdı - 0:0.

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyunda sonra qonaqların baş məşqçisi Zaur Svanadze qarşılaşma ilə bağlı fikirlərini səsləndirib:
 

"Vacib xal ələ etdik. Oyundan razı qaldım. Ancaq Kamran Ağayevin zədəsi məni məyus etdi. Onun durumun hazırda nə yerdə olduğunu bilmirik".
 
- 0:0 hesabına görə, sizi təbrik etmək olar?
- Fikrimcə, ədalətli nəticə oldu.
 
- Sizin də Azərbaycana qonşu ölkənin vətəndaşı olduğunuzu nəzərə alaraq, son günlərdə cəbhədə baş verənlərlə bağlı fikrinizi bilmək maraqlı olardı...
- Təbii ki, hadisələrdən xəbərdaram. Çox istərdim ki, vəziyyət sakitləşsin. İnanıram ki, siyasətçilər bu məsələ ilə məşğul olacaqlar. Mən siyasətdən danışmaq istəmirəm. Ancaq idmandan nə qədər istəsəz, danışa bilərik.
 
- Qeyd etdiniz ki, vacib xal qazandıq. Ancaq açıqlanan qərarda bəlli oldu ki, "İnter" növbəti üç mövsümün birində avrokuboklardan kənar qalacaq. Əgər kənar qalacaqsınızsa, bu, sizin üçün niyə vacib xal hesab olunur?
- Məsələ ondan ibarətdi ki, biz futbolçular qarşısında öhdəliyimizi yerinə yetirmişik. Ancaq UEFA fərqli qərar verdi. Ancaq biz apellyasiya müraciət edəcəyik. Buna görə biz avrokuboklara vəsiqə qazanmaq istəyirik ki, cəzamızı elə ilk ildə çəkək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right