Bu gün Azərbaycan Premyer Liqasında dördüncü dövrəyə start verilir.
Newsport.az-ın məlumatına görə, sonuncu dövrənin açılış - 28-ci turunun qarşılaşmaları eyni gündə baş tutacaq.
Günün ilk matçında AZAL "Kəpəz"lə qarşılaşacaq. Son turda səfərdə "Kəpəz"ə uduzan və ikinci pillədə qərarlaşan "Zirə" bu dəfə doğma meydanda "Sumqayıt"la qarşılaşacaq. Bu oyunla eyni saatda lider "Qarabağ" səfərdə "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək.
Bu turda paytaxt derbisi də baş tutacaq. Çempionatın aşkat autsayderi "Rəvan" "Neftçi" ilə üz-üzə gələcək. Turun mərkəzi oyununda isə “İnter” “Qəbələ”nin qonağı olacaq.
Azərbaycan Premyer Liqası
28-ci tur
3 aprel
19:00. “Qəbələ” - “İnter” - 0:0
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu.
17:00. “Rəvan” - “Neftçi” - 1:0
Qol: Elvin Həsənəliyev,3
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Ziya Nəsirov
Bayıl Arena.
16:00. “Xəzər Lənkəran” - “Qarabağ” - 1:2
Qol: Mahir Mədətov, 6 (0:1), Tural Qürbətov, 12 (1:1), Mahir Mədətov, 72 (1:2)
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Vüsal Qənbərov, Fərid Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu.
16:00. “Zirə” - “Sumqayıt” - 1:0
Qol: Nurlan Novruzov, 84
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
Zirə İdman Kompleksinin stadionu.
15:00. AZAL - “Kəpəz” - 3:0
Qol: Aydın Qasımov, 37, Hacı Əhmədov, 65, Mirzağa Hüseynpur, 90+3-pen.
Qırmızı vərəqə: Junior Osvaldo, 90+3 ("Kəpəz)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Ramil Əhmədov
AZAL Arena.