AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov klubun rəsmi saytına geniş müsahibə verib. O, komandanın cari çıxışını yüksək qiymətləndirib, baş məşqçi və futbolçuların ünvanına tərif yağdırıb. Hüseynov eyni zamanda yaxın gələcək barədə danışıb, gələn mövsüm daha da güclənəcəklərini bildirib. Bunun üçün büdcənin artırılacağını vəd edib.
Heç də əsassız "öncəgörənlik" deyil. Newsport.az-ın əldə etdiyi bilgiyə görə, Klubun sponsorları sırasına daha biri əlavə olunub. Azərbaycanın nəhəng holdinqlərindən biridi. AZAL Hava Konserni ilə birbaşa əlaqələri var. Başqa sözlə, camiəyə kifayət qədər yaxındılar. Fikrimizcə, hər kəs bildi söhbət kimlərdən gedir, ad çəkmək artıqdı. Böyük ipucu verdik…