“Barselona”dan “Qarabağ” və “Qəbələ”yə qədər

Klubların mart ayı üçün reytinq cədvəli açıqlanıb.

Newsport.az-ın məlumatına görə, siyahıya İspaniyanın "Barselona” klubu başçılıq edir. 
 
Luis Enrikenin komandasının aktivində 4566 xal var. Siyahıdakı ikinci yerdə  də ispan təmsilçisi qərarlaşıb. Belə ki, Madridin "Real” klubu əzəli rəqibi "Barselona”nın əsas izləyicisidir. Madrid təmsilçisinin aktivində 4311 xal var. Alamniya Bundes Liqasının son qalibi "Bavariya” ilk "3-lük”ü qapayan komandadır. Münhen təmsilçisi 4062 xalla bu pillədə qərarlaşmağı bacarıb. 
 
Son Azərbaycan çempionu və hazırda Topaz Premyer Liqasının lideri "Qarabağ” 212-ci pillədə qərar tutub. Qurban Qurbanovun komandası ötən aya nisbətən 3 pillə irəliləyib.  "Atlılar”ın aktivində 1916 xal var.  Son illər ölkəmizi avrokuboklarda təmsil edən "İnter” 1644 xalla 284-cü, "Qəbələ” isə 1502 xalla 327-ci pillənin sahibidir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right