"Orada azarkeş amili də az rol oynamır" - Təmkin Xəlilzadə

"Zirə"nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Kəpəz"ə uduzduqları oyunu şərh edib.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Çətin olacağını bilirdik. Çünki səfərdə oynayırdıq. Həm də Gəncədəki stadionun qazonu ağırdır. Orada azarkeş amili də az rol oynamır. Lakin ilk növbədə qazon bizim istədiyimiz oyunu sərgiləməyimizə problem yaratdı. Bunları söyləməklə özümüzə bəraət qazandırmaq fikrim yoxdur. Ən azından ona görə ki, "Kəpəz" də eyni şərtlər altında oynayırdı. Fikrimcə, matçın taleyini penalti həll etdi. Biz həmişə rəqibi topsuz saxlamağa çalışırıq. Amma bu oyunda istədiyimizi edə bilmədik. Allah eləsin ki, öz meydanımızda "Kəpəz"ə qələbə qazanmaqla cavab verək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right