"Neftçi"nin onlayn-fanşopu ilk alıcısını sevindirdi

"Neftçi”nin onlayn-fanşopunun ilk alıcısı paytaxt klubunun Elvin Məmmədov adlı azarkeşi olub.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi səhifəsindəki onlayn-fanşop bölməsindən 2010/11 illər mövsümünün formasını sifariş etmiş azarkeşə forma ən qısa müddətdə çatdırılıb.

"Neftçi”nin onlayn-fanşopunun ilk alıcısına formanı klubun Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə şəxsən təqdim etdi.

Elvin Məmmədov öz seçimini etdi və onlayn-fanşopun ilk alıcısı oldu. Siz də sevimli komandanızın formasını asanlıqla əldə edə bilərsiniz. Bunun üçün onlayn-fanşop bölməsinə daxil olub, istədiyiniz məhsulu plastik kart vasitəsilə sifariş edə bilərsiniz.

Aldığınız məhsul ən qısa zamanda sizə ən uyğun vaxtda və məkanda çatdırılacaq. (klub saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right