"Kəpəz" AZAL-la oyunun hazırlıqlarına başladı

Azərbaycan Premyer Liqanın 28-ci turunda səfərdə AZAL-la qarşılaşacaq “Kəpəz” martın 31-dən oyunun hazırlığına start verib. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən bərpaedici hazırlıqdan sonra komanda bu gün meydanda məşqə çıxıb.

Uzun müddətə sıradan çıxan Dario Frederikonu nəzərə almasaq, heyətdə ayrı zədəli futbolçu yoxdur. Yalnız sarı vərəqə limitini dolduran Budaq Nəsirov “təyyarəçilər”lə oyunda iştirak edə bilməyəcək.

"Kəpəz" oyundan bir gün öncəki məşqə matçın keçiriləcəyi arenada çıxacaq. Komanda aprelin 2-də saat 16:00-da “AZAL Arena”da başlayacaq məşqlə görüşün hazırlığını tamamlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right