|
Azərbaycan Premyer Liqanın 28-ci turunda səfərdə "Qəbələ"nin qonağı olacaq Bakı "İnter"i bu oyunun hazırlıqlarını davam etdirir.
Newsport.az-ın klubu rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, komanda bu gün "İnter Arena"da növbəti məşqinə çıxıb.
Qeyd edək ki, "Qəbələ" - "İnter" oyunu aprelin 3-də Qəbələ şəhər stadionunda keçiriləcək.
|