Tural Axundov: "Vurduğum qolu qızıma həsr edirəm"

"Kəpəz"in kapitanı Tural Axundov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Zirə" üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edib.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Qələbə çətin başa gəldi. Hələ birinci hissədə qol vurmağa yaxın olsaq da, alınmadı. İkinci hissədə isə toparlandıq və qollar vurduq. Öz qolumu qızıma həsr edirəm. Biz "Zirə" ilə əvvəlki oyunlarda da qələbəyə yaxın olmuşduq. Sadəcə, istəyimizə bu dəfə çata bildik. Qarşıda AZAL-la oyun var. Onlar da çətin rəqibdir. Yaxşı hazırlaşmaq lazımdır. Ümid edirəm ki, bu görüşdə də uğur bizim tərəfimizdə olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right