Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən "İnter"-Neftçi" qarşılaşmasında zədə səbəbindən meydanı tərk edən "İnter"in kapitanı Nizami Hacıyevin durumuna aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə,bu gün həkim müayinəsindən sonra məlum olub ki, yarımmüdafiəçinin əzələsində 10-12 santimetr dartılma var. Əvvəlki zədəsini yeniləyən N.Hacıyev xüsusi terapiya prosedurundan keçmək məqsədilə bu gün Gürcüstana yola düşüb. Onun təqribən iki həftə meydanlardan uzaq düşəcəyi güman olunur.