Ansi Aqollli: “Mən özümü yarıağdamlı sayıram”

“Qarabağ”ın alban futbolçusu Ansi Aqolli onun barəsində baş məşqçiləri Qurban Qurbanovun dediklərinə münasibət bildirib.

Dünən keçirilən mətbuat konfransında Q.Qurbanov zarafatla qeyd edib ki, “Aqolli qaqadı, ağdamlıdı”.

Newsport.az-ın məlumatına görə, Aqolli bununla bağlı deyib: “Onun dediklərindən xəbərim var. Qurban Qurbanov mənim barəmdə digər xoş sözlər də işlədib. Azərbaycanın ən güclü məşqçisindən bu sözləri eşitmək xoşdur. Hə, mən özümü yarıağdamlı sayıram. Axı, neçə illərdir “Qarabağ”da oynayıram. Mənə elə gəlir ki, indi bütün Azərbaycan özünü qarabağlı, ağdamlı sayır. Şadam ki, “Qarabağ” kimi bir klubun üzvüyəm”.

azerisport.com





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right