FİFA-nın prezidenti Canni İnfantino Uruqvaya səfər edib.
Newsport.az saytının məlumuatına görə, o, 2026-cı il dünya çempionatını keçirməyə namizəd olan ölkələrdən olan Uruqvaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb.
İnfantino mundial üçün namizədlərin adlarını açıqlayıb. O bildirib ki, Azərbaycan və Türkiyə də bu dünya çempionatını keçirmək istəyir: "2026-cı il dünya çempionatına ev sahibliyi etmək üçün bir çox ölkələr namizədliyini irəli sürüb. Bunların arasında Azərbaycan, Türkiyə, Kanada, Kolumbiya, Meksika, ABŞ, Mərakeş, İngiltərə, Qazaxıstan, Yeni Zellandiya və Avstraliya da var. Amma biz bütün ölkələrə bunu verə bilmərik”.
İnfantino həmçinin 2026-cı ildə dünya çempionatında 40 komandanın da iştirak edə biləcəyini deyib: "Mümkündür ki, həmin çempionatda 40 komanda iştirak etsin. Bu barədə müzakirələr davam edir”.