"Kəpəz"də yeni müqavilə

Gəncənin "Kəpəz" klubu futbolçusu Dario Frederiko ilə müqavilə müddətini daha bir il artırıb.

Newsport.az-ın  məlumatına görə, bu barədə komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib.

Onun sözlərinə görə, ötən ilin yayında komandaya cəlb olunan 25 yaşlı yarımmüdafiəçi 2016-2017 mövsümün sonunadək Gəncə təmsilçisinin heyətində çıxış edəcək. 

Qeyd edək ki, Dario Frederiko Azərbaycan Premyer Liqasının XII turunda AZAL-la oyunda zədələnib. Futbolçu hazırda bərpa dövrü keçir və yalnız mayda komandaya qoşula biləcək.

Report





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right