Son vaxtlar “Neftçi” futbolçuları oyunsonrası mətbuata danışmaqdan imtina edir. Belə desək, jurnalistlərə danışmaqdan qaçırlar. Dünən “İnter”lə görüşdən sonra da eyni hadisə ilə üzləşdik.
Newsport,az saytı olaraq bunun səbəbini öyrənmək üçün “Neftçi” rəsmisi Mehman Rəsulovla danışdıq.O,məsələ haqda bunları dedi: “Məsələ ondadı ki, arenada mix zonanın olması birbaşa ev komandasının ixtiyarında olan məsələdi. Əksər stadionlarda paltardəyişmə otağından çıxan futbolçu elə mix zonanın yanında keçib arenanı tərk edir. “Bakcell Arena”da isə mix zonamızı hər kəs görüb. “İnter Arena”da iusə futbolçular paltardəyişmə otağından arenanı birbaşa tərk edirlər. İstənilən halda mix zonanın yaradılması yerli komandanın təşkilatçılığı ilə bağlı məsələdi. Buna müdaxilə edə bimərik”.