Azərbaycan milli komandasının sabiq futbolçusu Vüqar Əsgərovun yeni klubunun adına rəsmən aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, 31 yaşlı hücumçu karyerasını yenidən Polşada davam etdirəcək. "1625 Liepaya”dan ayrılan futbolçu Latviya II liqasında mübarizə aparan "Salaspils” klubu ilə münasibətlərini rəsmiləşdirib.
Qeyd edək ki, ölkəmizdə "Sumqayıt”, "Araz Naxçıvan” və "Zirə” kimi klublarda oynamış futbolçunun son klubu "1625 Liepaya” olub. Vüqar Liepaya təmsilçisinin heyətində 15 oyuna 22 qol vurmağı bacarıb.