“Xəzər Lənkəran” “Qarabağ” üçün fasiləsiz davam edir

"Sumqayıt" səfərindən 1:2 hesablı ilə məğlubiyyətlə qayıdan "Xəzər Lənkəran” istirahətsiz məşq edəcək.

Newsport.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, "Sumqayıt”la matçdan sonra doğma şəhərə qayıdan cənub təmsilçisi martın 31-də oyunsonrası bərpa məşqini keçirəcək.

Sonrakı iki gündə də istirahət etmədən intensiv hazırlıq planına uyğun çalışacaq komanda çempionatın növbəti turunda  "Qarabağ”la çətin oyuna çıxacaq. 

Qeyd edək ki, bu görüş Premyer Liqanın XXVIII turu çərçivəsində aprelin 3-də Lənkəranda baş tutacaq.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right