"Neftçi"nin futbolçuları yenə də medaidan qaçdılar

Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "İnter"ə qalib gələn "Neftçi"nin futbolçuları yenə mətbuatla ünsiyyətdən boyun qaçırıblar.

Newsport.az-ın  məlumatına görə, paytaxt klubunun üzvləri oyundan sonra media işçilərinə deyilən qapıdan deyil başqa qapıdan çıxaraq "İnter Arena"dan uzaqlaşıblar."Neftçi"nin futbolçuları ötən tur "Kəpəz"ə 2:3 hesabıyla uduzduqları oyundan sonra da jurnalistlərə müsahibə və açıqlama verməkdən boyun qaçırmışdılar.

Amma həmin matçdan fərqli, bu dəfə qalib gələn "ağ-qaralı" oyunçuların bu dəfə niyə belə etdiyi anlaşılmaz olaraq qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right