"Qarabağ"ın braziliyalı müdafiəçisi Reynaldo uzun fasilədən sonra nəhayət ki, bu gün Ağdam klubunun heyətində növbəti rəsmi matça çıxıb.
Newsport.az-ın məlumatına görə, o, "Rəvan"la qarşılaşmanın ikinci yarısında meydana daxil olub.
Forvard meydana çıxandan cəmi iki dəqiqə sonra komandasının dördüncü qolunu vurub. "Qarabağ" bu görüşdə 5:1 hesabıyla üstün olub.