Azərbaycan Premyer Liqasının XXVII turunda "Xəzər Lənkəran” səfərdə "Sumqayıt”a 2-1 hesabı ilə məğlub olub. Newsport.az xəbər verir ki, "Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov oyunsonrası mətbuat konfransında qarşılaşma haqqında fikirlərini bildirib:
"İlk olaraq "Sumqayıt"ı təbrik edirəm. Maraqlı oyun oldu. İkinci hissədə daha yaxşı oynadıq. Lakin, qol epizodların sağa-sola xərclədik. Mən heç vaxt hakimlikdən danışmamışam. Amma, bu gün hakim bərbad idi. "Sumqayıt"ın oyunçusu qırmızı vərəqə almağa layiq deyildi. Oyunda penalti epizodları var idi. Hakimin idarə etməsi çox zəif idi. Belə məqamlarda hakimlərə təcrübə lazımdı".