Azərbaycan Premyer Liqasının XXVII turunda "Sumqayıt” doğma meydanında "Xəzər Lənkəran”ı çətinliklə məğlub etməyi bacarıb. Newsport.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Sumqayıt”ın baş məşqçisi Samir Abasov qarşılaşma ilə bağlı fikirlərini bilkdirib:
"Xəzər Lənkəran"ı belə çətin vəziyyətdə olmalarına baxmayaraq, mübarizə apardıqlarına görə təbrik edirəm. Bu gün bəxtimiz gətirdi ki, qalib gəldik. Ədalətli nəticə heç-heçə olardı. Azarkeşlərimizdən bu biabırçı oyuna görə üzr istəyirəm. Qələbə qazanmağımıza baxmayaraq, rəqibə alqış düşür. Məni aqressiv biri kimi tanıyırlar. Ona görə, qırmızı vərəqə epizodunda hakimə tərəf getmədim".