"İlk hissədə kifayət qədər yaxşı oynadıq" – Qriqorçuk

"Oyunun gedişində nəyisə dəyişmək, rəqibin tempi artırmaq cəhdinə hazır olmaq barədə çox danışmışam. Rəqibin oyunda dönüş yaratmaq istəyəcəyinə hazır olmaq lazımdır". 

Newsport.az -ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqanın 27-ci turunda səfərdə AZAL-a 1:2 hesabı ilə uduzduqları oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Ukraynalı mütəxəssis komandasının ilk hissədə daha yaxşı oynadığını bildirib: "Birinci hissədə kifayət qədər yaxşı oynadıq. Bu üzdən dəyişikliklərə ehtiyac yox idi. Fasilədə də dəyişikliklər və oyun planında düzəliş etməklə bağlı tapşırıqlar çox vermədik. Heyəti müəyyənləşdirərkən qeyri-adi heç nə baş verməyib. Hər matçda olduğu kimi meydana ən hazırlıqlı futbolçular çıxmışdı”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right