"İnter" kapitanını itirdi

"İnter"in kapitanı Nizami Hacıyev yenidən sıradan çıxıb.

Newsport.az saytının məlumatına görə,Azərbaycan Premyer Liqasının XXVII turunda "Neftçi" ilə qarşılaşmada yaşıl meydanlara qayıdan yarımmüdafiəçinin dönüşü uğurlu alınmayıb.

Hazırda davam edən qarşılaşmanın ikinci hissəsində meydançaya daxil olan futbolçu cəmi 10 dəqiqə iynaya bilib. Belə ki, 56-cı dəqiqədə adi epizodda anidən dayanan futbolçu ayağında ağrılar hiss edərək əvəzlənməsini istəyib. Beləliklə, bir müddət əvvəl Serbiyada müayinə olan Hacıyevin həkimlərin qoyduğu vaxtdan əvvəl yaşıl meydançalara dönməsinin cəzası yenidən zədələnmək olub.

Qeyd edək ki, son dəqiqələri oynanılan "İnter" - "Neftçi" görüşündə qonaqlar 1:0 hesabı ilə öndədilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right