"Futbol adına çox gərgin qarşılaşma keçdi. Həm "Zirə”nin, həm də bizim irəli xəttimiz də problem var idi. Bizdən Ebah, "Zirə”dən isə Bonilya oyunu buraxırdı. Bizim müdafiəçilərin göstərdiyi etibarlı və sadə oyun hər bir hücumçunun qabağını almağa nail ola bilərdi.
Newsport.az xəbər verir ki, bu sözlər "Kəpəz”in baş məşqçisi Şahin Diniyevə məxsusdur. Azərbaycan Premyer Liqasının XXVII turunda evdə "Zirə” üzərində qazandıaları qələbədən sonra (2-0) açıqlama verən təcrübəli mütəxəssis "Qəbələ”nin AZAL-a məğlub olması və turnir cədvəlindəki mövqelərinin yaxşılaşması barədə də fikir bildirib:
"Biz heç vaxt istəmirik ki, kiminsə bədbəxtçiliyi üzərində öz xoşbəxtliyimizi quraq. Mənə elə gəlir ki, biz özümüzü düşünməliyik. Hər oyuna maksimum nəticə qazanmaq üçün çıxmalıyıq. Rəqiblərlə aradakı fərq 3 xallıq sistəmdə çox əhlükəlidir. Bir-iki oyunluq uğursuzluqdan sonra hər bir komanda sənə çata bilər. Qarşıdakı 9 oyun ərzində daha yaxşı oynamalı və səhvlərimizi minimuma endirməliyik. ”
Şahin Diniyev komandasıın növbəti turda AZAL-la qarşılaşacağı oyun barədə də danışıb: "Premyer Liqada mübarizə aparan bütün komandalara hörmətlə yanaşırıq. Fikirləşirəm ki, hər hansı komanda istənilən oyunda xal qazanmağa layiqdi. Sabahdan AZAL-a oyun barədə düşünəcəyik. Bizi çox maraqlı oyun gözləyir. Düşünürəm ki, çempionatın ən rəngarəng oyunlarından biri olacaq.”