Avstriya Azərbaycanı son şansdan məhrum etdi, Rusiya Almaniyaya uduzdu

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsinin 7-ci qrupunda daha iki oyun baş tutub.

Newsport.az-ın məlumatına görə, millimizin də yer aldığı bu qrupda Rusiya Almaniyanı, Avstriya isə Farer adalarını qəbul edib.

Bir neçə gün öncə doğma meydanda millimizlə 2:2 hesablı heç-heçəyə razılaşan ruslar almanlara 0:2 hesabıyla uduzublar. Avstriyalılar isə Farer adalarını 1:0 hesabıyla üstələyib.

Qeyd edək ki, Avstriya yığmasının bu qələbəsi Azərbaycan yığmasının qrupdan çıxmaq şanslarının üstündən xətt çəkib. Çünki Yaşar Vahabzadənin komandasını qarşıda cəmi iki oyun gözləyir. Amma avstriyalılarla xal fərqi səkkizə yüksəlib.

Komandalar
O
Q
H
M
T-F
X
Almaniya
7
7
0
0
26-4
21
Avstriya
6
5
0
1
18-7
15
Finlandiya
5
3
0
2
6-6
9
Azərbaycan
8
2
1
5
7-18
7
Rusiya
6
1
1
4
7-13
4
Farer adaları
6
0
0
6
1-17
0

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right