Bu gün Azərbaycan Premyer Liqasında üçüncü dövrəyə yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra keçiriləcək 27-ci turun qarşılaşmaları eyni gündə baş tutacaq.
Turun mərkəzi oyununda avrokuboklara vəsiqə uğrunfa mübarizə aparan "Kəpəz"lə "Zirə" üz-üzə gələcək.
Bu oyunla eyni saatda "Qəbələ" səfərdə AZAL-ın qonağı olacaq
Turnir cədvəlinin alt pillələrində qərarlaşan "Sumqayıt"la "Xəzər Lənkəran" bu turda bir-biri ilə qarşılaşacaq
Lider “Qarabağ” bu tur çempionatın aşkar autsayderi “Rəvan”ı qəbul edəcək.
Nəhayət, turun son və mərkəzi matçında iki paytaxt klubu - "İnter"lə "Neftçi" qarşılaşacaq.
Azərbaycan Premyer Liqası
27-ci tur
30 mart (çərşənbə)
18:00. "İnter" – "Neftçi" - 0:1
Qol: Ruslan Qurbanov, 51-pen (0:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
Bakı. "İnter Arena"
17:30. "Qarabağ" – "Rəvan" - 5:1
Qollar: Miqel Madera, 16 (1:0), Muarem Muarem, 53 (2:0), Riçard Almeyda, 55 (3:0), Reynaldo, 64 (4:0), Yasin Həmid, 68 (4:1), Dani Kintana, 90+1 (5:1)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Kamran Bayramov, Ramil Əhmədov
Bakı. "Azərsun Arena"
15:00. "Kəpəz" – "Zirə" - 2:0
Qollar: Tural Axundov, 64-pen (1:0), Tural Rzayev, 79 (2:0)
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Vüqar Bayramov, Ziya Nəsirov
Gəncə. Gəncə şəhər stadionu
15:00. AZAL – "Qəbələ" - 2:1
Qollar: Aleksey Qay, 36-pen (0:1), Tural Hümbətov, 53 (1:1), Murad Səttarlı, 73 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Fariz Yusifov
Bakı. AZAL Arena
17:00. "Sumqayıt" – "Xəzər Lənkəran" - 2:1
Qollar: Zaman Mirzəzadə, 47-pen (0:1), Nodar Məmmədov, 50-avtoqol (1:1), Murad Ağayev, 90 (2:1)
Qırmızı vərəqə: Mikayıl Rəhimov, 70 ("Sumqayıt")
Hakimlər: Elvin Əsgərov, Akif Əmirəli, Cavanşir Yusifov, Fərid Məmmədov
Sumqayıt. "Kapital Bank Arena"