AZAL-ın futbolçusu nə vaxt əməliyyat olunacaq?

AZAL-ın futbolçusu Taqim Novruzovun zədələnərək mövsümü bitirməsi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
 

Newsport.az-ın məlumatına görə, ayağındakı zədəyə görə əməliyyata ehtiyacı olan futbolçunun əməliyyat olunacağı tarix bəlli olub. 
 
Əldə etdiyimiz məlumata görə, Novruzov gələn həftənin ilk günlərində Türkiyəyə yollanacaq. O, növbəti həftə Türkiyədə əməliyyat olunacaq. 
 
Qeyd edək ki, diz bağlarında qopma aşkarlanan futbolçu 6 ay yaşıl meydanlardan kənarda qalacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right