"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Premyer Liqanın XXVII turu çərçivəsində sabah "Rəvan"la baş tutacaq oyunda iştirak etməyə bilər.
Newsport.az-ın məlumatına görə, təcrübəli müdafiəçinin ayağında zədə var. Sadıqov komandanın dünənki məşqində də iştirak edə bilməyib.
Millinin Antalya toplanışında ayağından zədə alan futbolçunun son durumu da bəllidi. Sadıqovun zədəsi ciddi deyil. Lakin Qurban Qurbanov Sadıqovu riskə gedərək meydana buraxmaq niyyətində deyil.