"Əgər ortada nəticə yoxdusa, deməli hər kəs nəyisə düz etmədi" - Məhəmməd Mirzəbəyov

"Məncə, bəxtimiz də gətirmədi. Bundan savayı Qazaxıstanın qapısına iki penalti təyin edilməliydi. Ancaq baş hakim təyin etmədi.Ümumi götürəndə, rəqibdən heç də pis təsir bağışlamadıq. İlk yarıda səhvlərimiz var idi.Fasilədən sonra daha yaxşı oynadıq".

 Bu sözləri Azərbaycan millisinin müdafiəçisi Məhəmməd Mirzəbəyov Qazaxıstanla yoldaşlıq oyunundan (0:1) sonra Newsport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

"Qəbələ"nin üzvü daha sonra oyunla bağlı fikirlərini belə izah edib:

"Uğurlu nəticə üçün nə çatmadı? İlk növbədə bəxtimiz. Bundan savayı son nöqtəni qoya bilmədik. Yaxşı oynayırdıq, qapıya yaxınlaşırdıq, ancaq son zərbəni vura bilmirdik. Rəqibi qiymətləndirməmək və ya hansısa zəif motivasiyadan söhbət belə gedə bilməz. Bəli, bu sadəcə olaraq yoxlama görüşü idi.Robert Prosineçki bizi qələbəyə kökləmişdi. Biz özümü yaxşı tərəfdən göstərmək istəyirdik. Növbəti tsikl üçün çox vaxtımız olmadığını da yaxşı bilirdik. Bizim bir neçə yoxlama görüşümüz qalıb. Yüksək motivasiyamıza görə, qazaxların qapısı qarşısında çox sayda qol epizodu yaratdıq. Amma bunu reallaşdıra bilmədik. Reallaşdırmada problemlərimiz var idi".

Mirzəbəyov oyundan sonra millimizin baş məşqçinin futbolçulara dediylərin belə izah edib:

"Oyundan sonra Prosineçki bizə önəmli bir şey demədi. Sadəcə səhvlərimizi göstərdi. İkinci yarı Prosineçki məni meydana buraxanda, oyunu üzərimə almağı, cinahdan hücumlar qurmağımı tələb etdi. Cinahları gücləndirməli, rəqibin səhv etməsinə məcbur etməliydik. Məğlubiyyət sevindirə bilməz bizi. Əgər ortada nəticə yoxdusa, deməli hər kəs nəyisə düz etmədi".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right