"Xəzər Lənkəran"ın sabiq üzvü həvəskar klubda

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Ahmet Dursun futbola qayıdıb.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumçu bundan sonra həvəskarlar liqası təmsilçisi “Büyükderespor”un uğurları üçün çalışacaq. 38 yaşlı futbolçu bu addımı "Büyükderespor"da forma geyinən dostu Evren Turhanın xahişiylə atıb. 

Vaxtilə Türkiyə millisinin də şərəfini qorumuş Dursun, 2009/10 mövsümündə “Xəzər Lənkəran”da top qovub. Lənkəran təmsilçisindən başqa, “Kocaelispor”, “Beşiktaş”, “Antalyaspor” kimi klubların da uğurları üçün çalışmış futbolçunun son klubu “Eyüpspor” olub. Dursun 2014-cü ildə “Eyüpspor”dan ayrıldıqdan sonra karyerasını bitirmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right