Həm Premyer Liqada, həm də Avropa arenasında uğurlu çıxışı ilə azarkeşləri sevindirən "Qarabağ"ın İspaniyada fan-klubu yaradılıb.
Newsport.az-ın məlumatına görə, Madriddə yaşayan həmyerlilərimiz və bir neçə ispan azarkeş "Qarabağ"ın İspaniyada fan-klubunu yaradıb. Artıq ötən gün Ağdam klubuna bu barədə məktub da göndərilib.
Məktubun sonunda isə komandanın 4 üzvündən - Rəşad Sadıqov, Əfran İsmayılov, Dani Kintana və Samuel Armenterosdan avtoqraf da istəyiblər.
Kluba daxil olan məktubu sizə təqdim edirik:
İdmanxeber.com