"Kəpəz" Bakı hazırlığını başa vurdu

Azərbaycan Premyer Liqasının 27-ci turunda Gəncədə “Zirə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı Bakı toplanışını bu gün başa vurub.

Newsport.az-ın məlumatına görə, paytaxtda keçirilən son məşqdə əsas milli komanda ilə Türkiyə toplanışında olmuş Namiq Ələsgərov ilə Tərlan Quliyev iştirak etməyib.

Onlara bir günlük istirahət verilib. Hər iki futbolçu komandaya sabah qoşulacaq. Bu ikilidən fərqli, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının heyətində yer almış Budaq Nəsirov martın 27-dən Gəncə klubunun hazırlığında iştirak edir.

Qeyd edək ki, martın 23-dən paytaxtda hazırlıq keçən “sarı-göylər” Nizami yurduna sabah gələcək. (klub saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right