Azərbaycan millisi 20 pillə geriləyə bilər

Futbol üzrə Azərbaycan yığması FİFA-nın yeni reytinq siyahısında geriləyə bilər.

Newsport.az-ın məlumatına görə, Antalyada (Türkiyə) Qazaxıstan yığmasına 0:1 hesablı məğlubiyyət millimizin mövqeyinə çox ciddi təsir göstərəcək.

Belə ki, komandamız hazırda hesabında olan 300 xalın 31-ni itirəcək. Bu azmış kimi, yığmamız 112-ci pillədən 132-ci yerə qədər geriləmək təhlükəsi ilə üz-üzədir.

Qeyd edək ki, FİFA-nın yeni reytinq siyahısı aprelin 7-də açıqlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right