Ramil Şeydayev: "Azərbaycan ilə matçın ilk yarısını boşa verdik"

Rusiyanın U-21 yığmasının Azərbaycan əsilli hücumçusu Ramil Şeydayev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində millimizə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 2:2 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:

"Birinci hissəni boşa verdik. Elə də çox qol vəziyyəti yarada bilmədik. Fasilədən sonra oyunumuzu yaxşılaşdırdıq. Amma standart vəziyyətlər nəticəsində üzücü qollar buraxdıq. Ümumiyyətlə, bu, bizim ən problemli cəhətimizdir. Daha diqqətli oynamağımız lazımdır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right