Millimiz UEFA turnirində üçüncü oldu

16 yaşadək futbolçular arasında Maltada təşkil olunan UEFA İnkişaf turniri davam edir.

Newsport.az-ın məlumatına görə, III turda Azərbaycan millisi Belarusla qarşılaşıb.

İki oyundan 3 xal toplayan komandamız ikinci pillə uğrunda mübarizə aparacaqdı. Bu görüşdə yığmamızı 1 xal da qane edəcəkdi. Lakin rəqibinə 1:2 hesabı ilə uduzan yığmamız qrupu üçüncü pillədə başa vurub. 

Qeyd edək ki, ilk görüşündə Lixtenşteynə 8:0 hesabı ilə qalib gələn milli komandamız daha sonra Maltaya 0:3 hesabı ilə uduzub.

 

28 mart

13:30. Azərbaycan - Belarus - 1:2
Qol: 
Kamran Quliyev, 36-pen

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right