"Real qol şansımız olmasa da,..." - Ruslan Abışov

Azərbaycan millisinin futbolçusu Ruslan Abışov Qazaxıstanla yoldaşlıq oyunundan (0:1) sonra Newsport.az  saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verdi.


- Düşünmürsən ki, bir həftəlik toplanış boşa getdi?
- Baxmayaraq ki, yoldaşlıq oyunudu, ancaq qələbə üçün hazırlaşırdıq. Amma həmişəki kimi standard vəziyyətdən qol buraxdıq. Real qol şansımız olmasa da, çalışırdıq ki, ən azı hesabı bərabərləşdirək. Ancaq olmadı. Qarşıda Avstriya toplanışı var. Yaxşı hazılaşmalıyıq ki, belə səhvlər buraxmayaq.

- Qazaxıstan bizdən daha güclü idi, yoxsa bəxtləri gətirdi?
- Qələbəni biz qazansaydıq daha yaxşı olardı. Bilirdik ki, reytinq cədvəlinə təsir edəcək. Bunun üçün şansımız var idi. Artıq oyun qutarıb, bu barədə danışmağın mənası yoxdu. Əgər biz yüz fazilik epizodları qola çevirə bilmiriksə, bəxtdən söhbət gedə bilməz. Burada ustalıq, peşəkarlıq lazımdı.

- Hücumun müsbət sonluqla başa çatmasında problem var...
- Bu barədə heç nə deyə bilməyəcəm. Komandanın baş məşqçisi var. Əlbəttə ki, məşqçilər korpusu oyunları təhlil edir. Səhvləri onlar yaxşı görürlər. Hansı mövqedə səhvlər olduğunu görüb, aradan qaldıracaqlar.

- Öz oyunundan necə, razı qaldın?
- Açığı, belə oynayacağımı gözləmirdim. Çünki matçın sonuna 15 dəqiqə qalmış oynadım. Gücüm çatanı elədim. Çalışacam ki, bundan sonra hər şey daha yaxşı olsun.

Mərdan Həsənov / Antalya





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right