Antalyada təlim-məşq toplanışında olan Azərbaycan yığması yoldaşlıq görüşü çərçivəsində Qazaxıstan millisi ilə üz-üzə gəlib.xorvatiyalı mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
Newsport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə,millimizin baş məşqçisi Robert Prosineçki oyundan sonra 0:1 hesablı məğlubiyyəti belə şərh edib:.
- Oyun haqqında fikirlərinizi bildirin...
- Mən dünən də bildirmişdim, bizim üçün çətin oyun olacaq. Hesaba baxmayaraq, komandamdan razıyam. Uşaqlar əllərindən gələni elədilər. İkinci hissədə meydana çıxan futbolçular da yaxşı oynadılar.
- Araz Abdullayev bu gün fərqli mövqedə çıxış etdi, qane etdimi onun oyunu sizi?
- Arazdan çox razı qaldım. Tapşırılan vəzifənin öhdəsindən gəldi. Müdafiəyə də kömək elədi. Hücumda da fəal idi.
- Komandadan razısınız, ancaq məğlub olduq. Səbəb nə idi?
- İlk dəqiqələrdə standart vəziyyətdə diqqətli olmadıq. Qol buraxdıq. Sonradan bunu aradan qaldıra bilmədik. Məğlubiyyətə əsas səbəb bu oldu. Nəticədən sössüz ki razı deyiləm. Səhvlərimiz var, bunları aradan qaldıracağıq.
- Cavid Tağıyev “Qarabağ”ın heyətində adətən ehtiyatda qalır, onun oyunu necə təsir bağışladı?
- Ad çəkmək istəmirəm, o, pis, bu, yaxşı oyunçudu. Meydanda çıxış edən bütün futbolçularımdan, həmçinin Caviddən də razı qaldım.
Mərdan Həsənov / Antalya